Vaxt.Az

Metropolitenin nizamnaməsi hazırdır


 

Zaur Hüseynov sənədi Nazirlər Kabinetinə göndərdi

Metropolitenin nizamnaməsi hazırdır «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti qurumun nizamnaməsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.

Bu barədə AzVision.az-a Metropolitenin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, artıq nizamnamə hazırdır və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə göndərilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 27-də «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sərəncama əsasən, qumuna yeni nizamnaməsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməsi üçün 2 ay vaxt verilib.

 





14.05.2014    çap et  çap et