Oskar maşını çox soyuqqanlı sürdü və yarışı qazandı. Norris isə startda Verstappenə ilişməklə yarışı əldən verdi.
Maks Verstappen yarışa rəng qatan sürücü idi. 3 pit-stopla “McLaren”lərlə mübarizə apara bildi. Amma yenə komanda körpüsü onun yarışını məhv etdi. Düzdür, əllərində təkər yox idi, amma “hard” təkər bu trasda “harakiri” kimi bir şey idi. Amma özü də bir az soyuqqanlı davranardı. Sonda aldığı 10 saniyəlik cəza ilə 15 xal qazanacağı yarışdan 1 xalla ayrıldı. Təəssüf…
“Ferrari”nin ən sevdiyim tərəfi vizyonudur. “Formula 1”in ən titullu pilotunu komandaya gətirib ikinci pilot etdilər. Hər yarış komanda əmri verirlər. Lekler isə qazandığı podiumla fərqini göstərdi.
Günün adamı sözsüz Niko Hülkenberqdir. Peletonun ən zəif maşını ilə beşinci oldu və xüsusi rəng çalarında yarışan “Sauber”ə 10 xal qazandırdı. Təcrübə belə şeydir!
Fernando Alonso isə axır ki, doqquzuncu olub, həm də öz ölkəsində builki ilk xallarını qazandı. Bütün fanatlarını təbrik edirəm.