***
Bu vəziyyətin ən parlaq nümunələrindən biri də illərdir İsveçrədə yaşayan Hollandiya əsilli qadın Nensi Holten olub. Bütün qanuni tələblərə cavab verən Holtenin vətəndaşlıq ərizəsi ənənəvi inək zənglərinə qarşı kampaniya apardığı üçün yerli sakinlər tərəfindən rədd edilib.
Holten inək zənglərinin yüksək səsli və heyvanlara zərər verdiyini iddia edərək bu ənənəyə qarşı çıxmışdı. Lakin bu münasibət yerli ictimaiyyət tərəfindən “İsveçrə dəyərlərinə kifayət qədər uyğunlaşmamaq” kimi qiymətləndirilib.
Ərizə daha sonra yuxarı orqanlar tərəfindən təsdiqlənsə də, hadisə sosial şəbəkələrdə böyük əks-səda doğurub. İstifadəçilər “Aşağı mərtəbədəki qonşunuz sizi çox səs-küylü hesab etsə, vətəndaşlığınızı itirə bilərsiniz” deyərək bu praktikanı tənqid ediblər.
Bu maraqlı qayda İsveçrədə vətəndaşlıq prosesində mədəni uyğunlaşma və sosial qəbulun nə qədər effektiv olduğunu bir daha ortaya qoydu.