Vaxt.Az

Satan alandan çoxdur


 

Qiymətlər əhalinin illik qazancına nisbəti 5 dəfədən çoxdur

Satan alandan çoxdur ABŞ-da ev alanlar azalır – yəqin ki, təsiri yaxınlarda marketdə hiss olunacaq.

Dünənə olan məlumata əsasən, ABŞ-da daşınmaz əmlak bazarında alıcılardan təxminən 500,000 nəfər daha çox satıcı var – bu, 2013-cü ildən bəri qeydə alınan ən böyük fərqdir. Evlər daha uzun müddət satışda qalır və satıcılar alıcıları cəlb etmək üçün qiymət endirimləri və əlavə üstünlüklər təklif edirlər.

Hazırda 30 illik ipoteka faiz dərəcəsi orta hesabla 6.89 faizdir və ABŞ-da evlərin orta satış qiyməti təxminən 431,931 dollara çatıb.

“Redfin” 2025-ci ilin sonuna qədər ev qiymətlərində təxminən 1–5 faiz azalma proqnozlaşdırır, çünki satıcılar bazardakı yeni reallıqlara uyğunlaşırlar.

Ev qiymətinin insanların illik gəlirə nisbəti 5x – 6x səviyyəsinə gəlib çatıb artıq.

İlk dəfə ev alanlar üçün minimum ilkin ödəniş 3.5 faizdir, ancaq hərbi xidmət keçmiş şəxslər üçün, o cümlədən kənd ərazilərində yaşayanlar üçün ilkin ödəniş məcburiyyəti yoxdur (0 faiz). Şərtlərin yüngül olmasına baxmayaraq, ev qiymətinin orta statistik amerikalının illik maaşından 5–6 dəfə çox olması ev bazarının aktivliyinə güclü zərbə vurub.

 





01.06.2025    çap et  çap et