Vaxt.Az

AB-nin gələcəyinə təsir edəcək seçki


 

Hər iki namizəd Polşa seçkilərində qələbə qazandıqlarını bəyan ediblər

AB-nin gələcəyinə təsir edəcək seçki Polşa prezident seçkilərinin ikinci turunda mübarizə aparan Rafal Tşaskovski və Karol Navrocki, “exit-poll” nəticələrinin 50 faizə çox yaxın səs verdiyini göstərsələr də, qələbələrini erkən elan etdilər.

Bazar günü Polşada keçirilən prezident seçkilərinin ikinci turunda qeydiyyatdan keçmiş 29 milyon seçici Varşava meri Tşaskovski ilə müxalif Hüquq və Ədalət Partiyasının namizədi tarixçi Navroçki arasında seçim etmək üçün sandıq başına gedib.

“Ipsos”un Polşa televiziyası üçün dərc etdiyi “exit-poll” nəticələrinə görə, hər iki namizədin 50 faizə yaxın səslə başa-baş mübarizə apardığı görünür, ilkin nəticələr isə Navrockinin üstünlüyünü göstərir.

Səslərin cəmi 6 faiz sayılması davam edərkən Navroçki 49,7 faiz səs toplayan rəqibi Trzaskowskini kiçik fərqlə də olsa, 50,3 faizlə öndədir.

Navrocki, qələbəsini elan edən bir çıxış edərək, “Bu axşam qalib gələcəyik. Biz qalib gələcəyik və Polşanı xilas edəcəyik”, – deyib.

Tşaskowski də qələbəsini elan edərək, “Bu, Polşa üçün tarixi bir məqamdır. Mən bütün Polşa qadın və kişilərinin prezidenti olacağam”, – deyib.

Rəsmi nəticələrin səhər saatlarında ölkənin seçki komissiyası tərəfindən açıqlanması gözlənilir.

Polşada keçirilən prezident seçkilərində seçici fəallığının 71,7 faiz olduğu açıqlanıb.

Prezident seçkilərinin ikinci turu baş nazir Donald Tusk hökuməti ilə müxalifət arasında, xüsusən də Avropa Birliyi (AB) ilə münasibətlər, məhkəmə islahatları, abort qanunları və Rusiya-Ukrayna müharibəsi kimi məsələlərlə bağlı qarşıdurmaların kölgəsində keçirilib.

Bu seçki namizədlərin siyasi mövqelərinə görə bəzi analitiklər tərəfindən “sivilizasiyaların toqquşması” adlandırılıb.

Seçkilərin nəticələri ölkənin AB-dəki mövqeyi baxımından da kritik əhəmiyyətə malikdir.

Bu seçkinin nəticəsi ilə Polşanın ya AB-dəki yerini gücləndirəcəyi, ya da daha çətin proseslərə qayıdacağı şərh edilir.

 





02.06.2025    çap et  çap et