Vaxt.Az

Trampdan Maska ilk zərbə


 

ABŞ prezidenti milyarderin NASA rəhbərliyinə namizədini geri götürüb

Trampdan Maska ilk zərbə ABŞ prezidenti Donald Tramp milyarder iş adamı Cared Isaakmanın ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktorluğuna namizədliyini geri götürüb.

Tramp “Truth Social” media hesabında NASA Direktorluğu ilə bağlı paylaşım edib.

ABŞ prezidenti Tramp İsaakmanın keçmiş əlaqələrini yenidən qiymətləndirdiyini və buna uyğun olaraq milyarder iş adamının namizədini geri götürdüyünü açıqlayıb.

Tramp yaxın vaxtlarda NASA direktoru vəzifəsinə yeni namizədini açıqlayacağını yazıb.

***

Tramp 2024-cü ilin dekabrında İsaakmanın NASA direktorluğuna namizədliyini irəli sürdüyünü açıqlamışdı.

Milyarder iş adamı İlon Maska məxsus “SpaceX”ə məxsus raketlə ilk dəfə 2021-ci ildə kosmosa çıxan İsaakmanın 2024-cü ilin sentyabrında yenə “SpaceX” raketi ilə ikinci dəfə kosmosa çıxması ilə tanınır.

Milyarderə yaxınlığı ilə də tanınan İsaakman “Shifts4” ödəniş şirkətinin qurucusu və baş icraçı direktoru kimi Amerika ictimaiyyətində ad çıxarıb.

 





02.06.2025    çap et  çap et