Vaxt.Az

Çinin yeni nüvə hədəfi


 

Avstraliya Asiya-Sakit okean regionundan narahatdır

Çinin yeni nüvə hədəfi Avstraliya Çinin nüvə arsenalını genişləndirilməsi və modernləşdirmə səylərinin Asiya-Sakit Okean regionu üçün təhlükə yaratdığını bildirib və ölkələri buna qarşı daha çox müdafiə investisiyası etməyə çağırıb.

Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Marles Sinqapurda keçirilən Asiya-Sakit okean regionunun ən mühüm təhlükəsizlik forumlarından biri olan Şanqri-La Dialoqunda çıxış edib.

Marles regionun dünyanın ən mühüm strateji arenasına çevrildiyini və mövcud geosiyasi gərginliyin Hind-Sakit Okean regionunda həm ənənəvi, həm də nüvə silahlanma yarışını, həm də texnoloji üstünlük yarışını artırdığını bildirib.

***

Ukrayna ilə müharibədə gündəmə gələn Rusiyanın nüvə silahı potensialının və Şimali Koreya ilə ortaqlığının Asiya-Sakit Okean bölgəsində nüvə silahının yayılma riskini artırdığını deyən Marles, mövcud nüvə silahlarına nəzarət üçün yeni bir beynəlxalq nizamın yaradılması zərurətinə diqqət çəkib.

Marles Çinin nüvə genişləndirilməsi və modernləşdirmə səylərinin Asiya-Sakit Okean bölgəsi üçün təhlükə yaratdığını və ölkələrin buna qarşı daha çox müdafiə sərmayəsi qoyması lazım olduğunu bildirib.

Müdafiə naziri Marles də regionda tarazlığın qorunmasının yalnız ABŞ-ın öhdəsinə buraxılmaması lazım olduğunu vurğulayıb.

***

Baş ofisi Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) təşkilatçılığı ilə mayın 31-dən iyunun 1-dək Sinqapurda Şanqri-La Dialoqu keçirilir.

22-ci dəfə keçirilən forumda Asiya-Sakit Okean, Şimali Amerika, Avropa və Yaxın Şərqdən hökumət rəsmiləri, müdafiə nazirləri, hərbi rəsmilər və təhlükəsizlik üzrə ekspertlər iştirak edirlər.

 





02.06.2025    çap et  çap et