Vaxt.Az

«Ticarətlə məşğul olmuruq»


 

«Ənənə bu il daha aktiv həyata keçiriləcək»

«Ticarətlə məşğul olmuruq» Çağdaş Azərbaycan ədəbiyyatında keyfiyyət etibarilə olmasa da, kəmiyyət etibarilə xeyli irəliləyiş hiss olunur. Yazıçı, roman, kitab bumları baş alıb gedir. Amma bütün bunlara baxmayaraq, bir çox ölkələrdə olduğu kimi, bizdə də ədəbiyyat bu gün də gəlir gətirən sahə hesab olunmur. Bu səbəbdən başqa ölkələrdə ədəbiyyatı maddi yöndən bir sıra könüllü xeyriyyə fondları təmin edir. Həmin fondlar müəlliflərin kitablarının nəşri və yayımı, eləcə də onlara müəyyən qonorarların verilməsi ilə məşğuldur.

Modern.az bu yazıda Azərbaycanda fəaliyyət göstərən ədəbi-bədii fondlar barədə məlumat verəcək. İlk olaraq isə xalq şairi, Azərbaycan sərbəst şerinin banilərindən olan Rəsul Rzanın adını daşıyan fonddan başlayaq.

Rəsul Rza Fondu Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təşəbbüsü ilə yaradılıb. Fondun hazırkı sədri xalq şairi Fikrət Qocadır. Fond Rəsul Rza Beynəlxalq Ədəbi Mükafatını təsis edib. Mükafat hər il R.Rzanın anadan olduğu gün aktiv yazıçı-şairlərin bir neçəsinə təqdim olunur. Daha sonra fond gənc yazarları təltif etmək üçün «Ümid» ədəbi mükafatını təsis edib.

Xalq şairi Fikrət Qoca fondun fəaliyyəti barədə Modern.az-a xeyriyyə təşkilatlarından maliyyələşən fondun ədəbiyyat aləmində müəyyən işlər görməsinə etdiyi cəhdlərdən danışıb: «Fondun fəaliyyəti əsasən ədəbiyyat sahəsində yazıb yaradan insanlara, xüsusən də gənclərə dəstək üzərində qurulub. Fondun maliyyə imkanlarını da nəzərə alırıq. Çünki fondun xüsusi məşğul olduğu ticarəti-zadı yoxdur. Sadəcə xeyriyyə təşkilatlarının köməyi nəticəsində maliyyə məsələlərini həll edə bilirik. Fondun maliyyəsi hesabına 30-a yaxın yazıçı-şairin kitabını çap etmişik. Hər il Rəsul Rzanın anadan olduğu gündə, yəni mayın 19-da Beynəlxalq Rəsul Rza mükafatı ilə seçilən xarici və yerli yazıçı-şairləri təltif edirik. Xarici yazıçılardan bu mükafata Çingiz Aytmatov, Oljas Süleymanov kimi məşhurlar layiq görülüb. O cümlədən bizim yerli cavan, eləcə də yaşlı yazıçılar bu mükafatla təltif olunur. Başda Yazıçılar Birliyinin sədri Anar  olmaqla fondun idarə heyəti həmin yazıçıları təyin edir. Biz o zamana mütləq onların yazılarını və uğurlarını gözdən keçiririk. Bu il ənənə daha aktiv şəkildə həyata keçiriləcək».

 





14.05.2014    çap et  çap et