Yaponiyanın polad istehsalçısı “JFE Holdings” 1,23 faiz, “Kobe Steel” isə 0,18 faiz ucuzlaşıb. Cənubi Koreyanın “Hyundai Steel” şirkəti 3 faiz, polad istehsalçısı “Posco Holdings” isə 1 faiz ucuzlaşıb.
Yaponiyanın aparıcı polad şirkətlərindən biri olan “Nippon Steel” ümumi eniş trendini aşağı salıb və 1,58 faiz dəyər qazanıb. Bahalaşma Trampın mayın 30-da şirkəti “US Steel” üçün “böyük tərəfdaş” kimi tərifləməsindən sonra baş verib.
***
Tramp “US Steel”in Pensilvaniyadakı müəssisəsində polad sənayesi ilə bağlı açıqlamalar verib. Polad idxalına rüsumların artırılacağını bildirən Tramp, “ABŞ-a idxal edilən polad tarifini 25 faizdən 50 faizə qaldıracağıq”, – deyib.
Tramp, artan polad tariflərinin ABŞ-da polad sənayesini daha da təmin edəcəyini söyləyib. ABŞ prezidenti Tramp fevralın 10-da polad və alüminium idxalına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı fərman imzalayıb. Sözügedən tariflər martın 12-dən qüvvəyə minib.