Vaxt.Az

“Faizlərin endirilməsi mümkündür”


 

FED rəsmisi optimistdir

“Faizlərin endirilməsi mümkündür” FED idarə heyətinin üzvü Kristofer Uoller bildirib ki, Tramp administrasiyasının tariflərinin müvəqqəti olaraq qiymət təzyiqlərini artıra biləcəyi ehtimalına baxmayaraq, faiz endirimlərinin bu ilin sonunda mümkündür.

Uoller, ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarından qaynaqlanan inflyasiya təzyiqlərinin qalıcı olmayacağına dair proqnozuna istinad edərək, “Siyasət dərəcəsini təyin edərkən tariflərin qısamüddətli inflyasiyaya təsirinə məhəl qoymamağın tərəfdarıyam”, – deyib.

“Əgər tariflər gözləniləndən aşağı qalsa, əsas inflyasiya 2 faizlik hədəfimizə doğru irəliləməyə davam edərsə və əmək bazarı güclü qalsa, bu ilin sonunda yaxşı xəbər olaraq faiz endirimini dəstəkləyəcəm”, – deyib.

“Xoşbəxtlikdən, güclü əmək bazarı və aprel ayına qədər inflyasiyadakı irəliləyiş mənə ticarət danışıqlarının necə getdiyini və iqtisadiyyatın necə inkişaf etdiyini görmək üçün əlavə vaxt verir”, – deyən Uoller və əlavə edib ki, faiz dərəcəsi qərarları bu inkişaflarla formalaşacaq.

 





02.06.2025    çap et  çap et