30 may 2025-ci il tarixində “Robinhood” (“HOOD”) üçün günün sonunda “darkpool” (yəni birjada görünməyən gizli ticarət kanalları) üzərindən əhəmiyyətli həcmdə əməliyyatlar həyata keçirilib.“Fintel” saytı xəbər verir ki, həmin gün təxminən 5.9 milyon “HOOD” səhmi birja xaricində alınıb-satılıb və bu, ümumi ticarət həcminin təxminən 54.15 faizini təşkil edir. Bu da 390 milyon dollardan çox dəyərində ticarət deməkdir.
Bu xəbər “HOOD”un yaxında “S&P 500” indeksinə daxil ediləcəyi gözləntilərini artırıb.
“Barclays” analitikləri “Robinhood” şirkətini “S&P 500” indeksinə daxil edilə biləcək potensial namizəd kimi 2025-ci ilin mart ayı üzrə rüblük balanslaşdırma zamanı qeyd etmişdilər.
çap et