“The Times” qəzetinin yazdığına görə, Starmer bu gün müharibəyə hazır vəziyyətə keçidi tələb edən müdafiə qiymətləndirməsinin gündəmə gəldiyi günlərdə 15 milyard funt sterlinq dəyərində nüvə başlığı proqramını da açıqlayacaq.
***
Qəzetin “Qüvvələr müharibəyə silahlandığı üçün İngiltərə 12 nüvə sualtı qayığı inşa edəcək” başlıqlı xəbərə görə, “silahlı qüvvələri savaş hazırlığına gətirən” Baş nazir Starmer İngiltərənin nüvə enerjili hücum sualtı qayıqları inşa edəcəyini açıqlayacaq.
Onların hazırda Böyük Britaniyada xidmətdə olan yeddi “Astute” sinifli sualtı qayığı əvəz etməsi planlaşdırılır. “Astute” sualtı qayıqları adi silahlarla təchiz olunub. Yenilərin isə 2030-cu illərin sonunda istismara veriləcəyi gözlənilir. Bu qayıqlar dörd “Trident” nüvə sualtı qayığına qoşulacaqlar.
***
Böyük Britaniyanın baş naziri tərəfindən edilməsi gözlənilən açıqlama, bu gün açıqlanacaq strateji müdafiə qiymətləndirməsinin bir hissəsidir. Qiymətləndirmə ölkənin 10 illik müdafiə planını müəyyən edəcək. Çox güman ki, hökumət planı tam şəkildə qəbul edəcək.
Qiymətləndirmədə silahlı qüvvələrə Rusiyanın yaratdığı təcili təhlükə də daxil olmaqla, “yeni təhdidlər dövründə müharibəyə hazır vəziyyətə keçməyi” tövsiyə edəcəyi gözlənilir.
Starmerin yeni təhdidlərin qarşısının alınması və müdafiə strategiyasındakı dəyişikliyinin bir hissəsi olaraq bu gün bir gəmiqayırma zavoduna səfəri zamanı yeni hücum sualtı donanmasını elan edəcəyi gözlənilir.
***
Əvvəlki açıqlamada İngiltərə Müdafiə Naziri Con Hili, İngiltərənin Rusiyanın hərbi hücumuna hazır olması lazım olduğunu söyləmiş və bu gün açıqlanması gözlənilən qiymətləndirmənin İngiltərənin müharibə hazırlığı ilə bağlı “Moskvaya mesaj” verəcəyini bildirmişdi.