Vaxt.Az

Meksikada reabilitasiya mərkəzində yanğın


 

Çoxlu sayda ölü və yaralı

Meksikada reabilitasiya mərkəzində yanğın Quanajuato əyalətinin səlahiyyətliləri tərəfindən verilən açıqlamada, San Xose İturbide şəhərində narkotik aludəçilərinin müalicə aldığı reabilitasiya mərkəzində yanğın baş verdiyi bildirilib.

Açıqlamada yanğında binada olan 12 nəfərin həyatını itirdiyi, ən azı 3 nəfərin də yaralandığı və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.

Meksika mətbuatında çıxan xəbərlərə görə, bəzi “özəl” reabilitasiya mərkəzləri yoxlanılmır, kifayət qədər vəsait yoxdur və “tez-tez” sui-istifadə olunur.

Bildirilir ki, zorakılığın tez-tez baş verdiyi ölkədə reabilitasiya mərkəzləri də analoji “hücum”ların hədəfindədir.

Quanajuato ştatı yüksək qətl nisbəti ilə seçilir. Yeni nəsil Xalisko karteli ilə “Santa Rosa de Lima Karteli” cinayət təşkilatı arasında baş verən qarşıdurmalar səbəbindən ştatda qətllərin sayının çox olduğu təxmin edilir.

 





02.06.2025    çap et  çap et