Vaxt.Az

Harris siyasi səhnəyə qayıdır?


 

Bəzi demokratlar onun seçkiyə qatılmasını istəmir

Harris siyasi səhnəyə qayıdır? 2024-cü ilin noyabrında ABŞ prezident seçkilərində Respublikaçı namizəd Donald Trampa uduzan Demokratlar Partiyasının keçmiş vitse-prezidenti Kamala Harrisin yenidən aktiv siyasətə qayıdıb-qayıtmayacağı maraq mövzusuna çevrilib. Gələn il keçiriləcək seçkidə Harrisin Kaliforniya qubernatorluğuna namizəd ola biləcəyi bildirilsə də, Harrisin ştatda keçirilən Demokrat Partiyasının tədbirinə qatılmaması suallar doğurub.

“The New York Times” (NYT) qəzetindəki xəbərə görə, Demokrat Partiyasının nümayəndələri Harrisin həqiqətən namizədliyi düşünüb-düşünmədiyini şübhə altına almağa başlayıblar.

***

Sözügedən partiya tədbiri Kaliforniyanın Anaheim şəhərində keçirilib və tədbirdə 4000 nümayəndə iştirak edib. Tədbir gələn il keçiriləcək seçkilərə hazırlıq məqsədi daşıyırdı. Tədbirdə şəxsən iştirak etmək əvəzinə, Harris 3 dəqiqəlik video yazı vasitəsilə nümayəndələrə müraciət etdi.

Harris prezidentlik yarışında məğlub olduqdan sonra yanvar ayında Kaliforniyaya qayıdıb. Demokratlar o vaxtdan Harrisin qubernatorluğa namizəd olub-olmayacağı ilə maraqlanırdılar.

NYT-yə görə, Harrisin girişi yarışı “sarsıda” bilər. Bəzi analitiklər də Harrisin Demokratlar Partiyasının ilkin seçkilərində qalib gələ biləcəyinə inanırlar. Digər tərəfdən, o vaxtdan bəri ictimaiyyət qarşısında çox çıxış etməyən Harris, mövqeyi barədə çox az məlumat verdi.

***

Bu həftə sonu Anaheimdə Demokratik Partiyanın tədbirinə qatılmadıqdan sonra Harrisin potensial namizədliyini şübhə altına alan San Dieqo nümayəndəsi Mark Qreysik, “Mən onun qubernatorluğa namizədliyini irəli sürməli olduğunu düşünmürəm... İşçi sinfi deyə bilər ki, “O, yenə buradadır, elitanın dəstəyini alır”, – deyib.

Qəzetin dəyərləndirməsinə görə, Harris bu yayın sonuna qədər namizəd olub-olmayacağına qərar verəcək. İddialara görə, Harris 2028-ci ildə prezidentliyə namizəd olmaq və aktiv siyasətdən çəkilmək kimi digər variantları da nəzərdən keçirir. Kamala Harrisin sözçüsü NYT-nin xəbərlə bağlı açıqlama istəməsinə cavab vermədi.

 





02.06.2025    çap et  çap et