ABŞ-ın Delaver ştatında keçirilən anım günü tədbirinə qatılan Co Bayden tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. Bayden jurnalistlərə xərçəng müalicəsinə başladığını və müalicəsinin gedişatı məlumat verib. Bayden dərman müalicəsindən sonra xərçəngə qalib gələ biləcəyini deyib: “Xəstəliyin müalicəsi yaxşı gedir. Bilirsiniz, biz hər şeyin üzərində işləyirik, hər şey yaxşı irəliləyir. Özümü yaxşı hiss edirəm. Hər şey bir həb qəbul etməkdən ibarətdir. Növbəti 6 həftəyə bir həb, sonra başqa bir həb. Onda gözləntimiz odur ki, onu məğlub edə bilərik”.
***
“Heç bir orqana yayılmayıb. Sümüklərim güclüdür, ona görə də özümü yaxşı hiss edirəm. Biz hamımız diaqnozla bağlı nikbinik. Əslində, dünyanın aparıcı cərrahlarından biri mənimlə işləyir və ona 32 il əvvəl eyni diaqnoz qoyulub. O, sağlam və gümrahdır. Onun vəziyyəti çox yaxşıdır, ona görə də optimistik”.