Bu addım AB-nin 2022-ci il üçün Dövlət Satınalmaları Aləti (IPI) beynəlxalq satınalma qanununa əsaslanır. Qanun dövlət satınalmaları bazarlarına çıxışda qarşılıqlılığı təşviq etmək məqsədi daşıyır.
AB 24 aprel 2024-cü ildə Çinin dövlət satınalmalarında tibbi cihazların satın alınması ilə bağlı araşdırmaya başlayıb.
Bu qərara səbəb AB-nin apardığı araşdırma nəticəsində Çinin tibbi cihazların satın alınmasında xarici şirkətlərə qarşı ayrı-seçkilik etdiyini üzə çıxarmasıdır.
AB-nin bu addımı Çinin öz daxili bazarında tibbi cihazların payını artırmaq məqsədlərinə ziddir. Pekin "Made in China" siyasəti çərçivəsində yerli şirkətlərin 2025-ci ilə qədər "əsas tibbi cihaz komponentləri" üçün 85 faiz bazar payına və yüksək səviyyəli cihazlar üçün 70 faiz bazar payına çatmağı hədəfləyib.
Avropa Komissiyasının sözçüsü hələlik qərara münasibət bildirməyib.
“Bloomberg”ə danışan mənbələr AB ölkələrinin bu gün qərara səs verəcəyini bildirib.
Qərar üzv dövlətlər tərəfindən təsdiqlənərsə, bu, AB-nin beynəlxalq ticarət siyasətlərində daha çox söz sahibi olduğunun və bazarlarını haqsız rəqabətdən qorumaq əzmində olduğunun mühüm göstəricisi olacaq.