Aprel ayında 49 olan istehsal PMI may ayında 49,4-ə yüksəldi. Beləliklə, Avrozona may ayında istehsal PMI son 33 ayın ən yüksək səviyyəsinə çatdı. Avrozonada may ayında fabrik istehsalı son 3 ayda artıb.
PMI məlumatlarında 50 baldan yuxarı yüksəliş artımı, 50 baldan aşağı isə daralma göstərir.
Böyük Britaniya istehsal PMI may ayında qlobal və daxili tələblə bağlı qeyri-müəyyənliklər səbəbiylə 46,4 olaraq qeyd edildi. Aprel ayında bu, 45.4 səviyyəsindən yuxarı olsa da, istehsal PMI ardıcıl olaraq son 8 ayda əməliyyat performansının pisləşdiyini göstərdi.
“S&P Global”a görə, zəif qlobal tələb, qeyri-sabit ticarət şəraiti və artan xərclər yeni sifarişlərin və məşğulluğun azalmasına səbəb olub.
İstehsalat istehsalı da ardıcıl yeddinci aydır ki, azalıb. Şirkətlər yerli və xarici müştərilərdən gələn sifarişlərin azalması səbəbindən hasilatı azaltmağa meyl ediblər. Tələbatın azalmasından xüsusilə kiçik istehsalçıların təsirləndiyi müşahidə olunub.
“S&P Global” Bazar Analitik Direktoru Rob Dobson bildirib ki, ticarət qeyri-müəyyənlikləri, müştərilərin inamsızlığı və vergilərdən irəli gələn artan əmək haqqı xərclərinə görə Böyük Britaniyanın istehsal sektoru ciddi problemlərlə üz-üzədir. Dobson həmçinin istehsalın və yeni sifarişlərin azaldığını, istehsal sektorunda ixtisarların artdığını və məşğulluğun azalmasının sürətləndiyini qeyd edib.