Azərbaycanda hərbçilər qəzaya düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Ağdam rayonunda qeydə alınıb.
İçərisində hərbçilərin olduğu «VAZ-2107»
markalı avtomobilin qəzaya düşməsi nəticəsində avtomobildə olan müddətdən artıq
xidmət edən hərbi qulluqçuları - Nicat Həsənov, Vüsal Abbasov, Sadiq Mehdiyev
və sürücü Rauf Abbasov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
çap et