Retayo, hücumun “irqçi” olub-olmaması ilə bağlı araşdırmanın davam etdiyini, lakin cinayətkarın hücumdan əvvəl və sonra sosial mediada paylaşdığı videoların bu mənada heç bir şübhə yeri qoymadığını bildirib.
Hücumdan sonra Tunisin Parisdəki səfiri ilə görüşdüyünü və qurbanın yaxınlarına başsağlığı verdiyini qeyd edən nazir gün ərzində tunisli həmkarı ilə görüşəcəyini açıqlayıb. Retayo, hücumla bağlı “İrqçiliyin şiddətlə cəzalandırılması lazımdır”, – deyib.
Milli mətbuatda çıxan xəbərlərə görə, mayın 31-də Var vilayətində baş verən hadisədə 53 yaşlı fransız 35 yaşlı tunisli qonşusunu güllələyərək öldürüb, 25 yaşlı türk gənci isə əlindən yaralayıb.
Təcavüzkarın sevgilisi olduğu deyilən bir qadının məlumatı üzərinə hərəkətə keçən təhlükəsizlik qrupları qısa bir təqibdən sonra avtomobili ilə hadisə yerindən qaçan şübhəlini həbs edib.
Şübhəlinin avtomobilində çoxlu sayda odlu silah ələ keçirilib.
Draguignan Prokurorluğu hadisə ilə bağlı irqçilik zəminində adam öldürmə faktı ilə bağlı istintaqa başlayıb.