Fransanın paytaxtı Parisdə mum muzeyindən prezident Emmanuel Makronun heykəli oğurlanıb. Yerli mətbuatın polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, oğurluq Parisin 9-cu səmtindəki məşhur şəxslərin mum heykəllərinin sərgiləndiyi Qrevin Muzeyində baş verib.İki qadın və bir kişi səhər saatlarında muzeyə daxil olaraq Makronun heykəlini oğurlayıblar.
“Greenpeace” ətraf mühit təşkilatının üzvləri olduğu bildirilən şübhəlilər içəri daxil olduqdan sonra özlərini muzey işçisi kimi geyiniblər.
Şübhəlilər heykəli parçaya bükərək təcili çıxışdan muzeydən çıxarıblar.
Əsərin 40 min avro dəyərində olduğu bildirilir.
çap et