“Auchan”, “Carrefour”, “Cora”, “Système U”, “Leclerc”, “Intermarché” və “Grand Frais” kimi böyük supermarket şəbəkələrində satılan bəzi şokolad köpüyü (mus – mousse) məhsulları listeria bakteriyası daşıma riski səbəbiylə sabahdan etibarən geri çağırılmağa başlayıb. Rəsmi geri çağırma platforması “Rappel Conso”ya görə, bu məhsulların istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər.
“Marie Morin” brendinə məxsus “mousse au chocolat à l’ancienne 100 g” məhsulları 20-23 may tarixləri arasında satışa çıxarılıb. İstifadə müddəti 9 iyun 2025-ci ilə kimidir.
“Les Desserts du Crémier” brendinə aid eyniadlı məhsullar 20-21 may tarixləri arasında “Grand Frais” şəbəkələrində satışa çıxarılıb. Eynilə, son istifadə tarixi iyunun 9-dur.
Hər iki məhsulu geri çağırmağın səbəbi: “Listeria monocytogenes” bakteriyası riski olub.
Geri çağırışda göstərilən partiya nömrəsi: 451390005.
***
“Rappel Conso” tövsiyə edir ki, bu məhsullardan istifadə edən insanlar hərarət, baş ağrısı, əzələ ağrısı kimi simptomlarla qarşılaşdıqda dərhal həkimə müraciət etsinlər. Risk xüsusilə hamilə qadınlar, zəif immun sistemi olan şəxslər və yaşlılar üçün yüksəkdir. Çünki listerioz bəzi hallarda hamiləlikdə nevroloji fəsadlara və ya ağır nəticələrə səbəb ola bilər.
Nə edilməlidir?
Məhsul heç vaxt istehlak edilməməlidir. 10 iyun 2025-ci il tarixinədək alındığı mağazaya qaytarıla və pulunu geri ala bilər.