Vaxt.Az

“Təqaüd haqqında düşünmürəm”


 

95 yaşlı əfsanə yeni filminə hazırlaşır

“Təqaüd haqqında düşünmürəm” Klint İsvud, yaşının irəliləməsinə baxmayaraq, sürətini azaltmaq niyyətində deyil. Bu yaxınlarda 95 yaşını qeyd edən və Avstriyada nəşr olunan “Kurier” qəzetinə danışan usta rejissor hazırda yeni filmi üçün hazırlıq mərhələsində olduğunu açıqlayıb. O əlavə edib ki, pərəstişkarları onun təqaüdə çıxması xəbərini çox gözləməməlidirlər.

İsvud, “Niyə insan yaşlandıqca yaxşılaşa bilmir?”, – deyib.

“Bu gün daha çox təcrübəm var. Təbii ki, müəyyən yaşdan sonra əlaqəni itirən rejissorlar var, amma mən onlardan deyiləm”.

“Bağışlanılmayan” (“Unforgiven”) filminin rejissoru kino sənayesinin hazırkı durumu ilə bağlı fikirlərini də bölüşüb, vizyonun mövcud istehsalların remeykləri, davamları və adaptasiyaları ilə dolu olmasından narazılığını bildirib.

“Kasablanka kimi ssenarilərin kiçik studiya çardaqlarında yazıldığı və hər kəsin yeni ideyaya sahib olduğu köhnə gözəl günlər üçün darıxıram. Biz remeykləri və serialları əsrində yaşayırıq. Mən özüm üç davam filmi çəkmişəm, amma artıq uzun müddətdir ki, məni maraqlandırmır. Mənim fəlsəfəm belədir: Ya yeni bir şey et, ya da evdə qal”, – İstvud deyib.

Rejissor onu da vurğulayıb ki, köhnə Hollivud sistemində böyümək onu daim bir sənətçi kimi inkişaf etməyə və yeni ideyalar ardınca getməyə məcbur edir.

“Aktyor kimi studiya ilə müqavilə bağlamışdım, köhnə sistemdə idim və hər il yeni bir şey öyrənməli idim. Ona görə də nə qədər ki, nəsə öyrənə bilmişəm və tam qocalıq keçirməmişəm, işləməyə davam edəcəyəm”.

İstvud sensasiyalı qətl işində hökmə təsir edə biləcək mənəvi dilemma ilə mübarizə aparan münsiflər üzvündən bəhs edən hüquqi dramla qayıtmışdı. Aktyor həmin – “Juror #2” filmində sözügedən jüri Nikolas Hult canlandırmışdı.

“Juror #2” əfsanəvi kinorejissorun 60 illik karyerasında 40-cı filmidir. İstvuda Oskar mükafatçısı J.K. Simmons, Toni Kollette, Qabriel Basso, Zoi Doyç, Sedric Yarbro və Kifer Sazerlend.

 





02.06.2025    çap et  çap et