İkili Kventin Tarantinonun yazdığı davam filmində baş rolda çəkiləcək. Pitt kaskadyor Kliff But rolunu yenidən canlandıracaq.
***
Bu davam filmi Tarantino və Finçer pərəstişkarları üçün hələ də gerçək ola bilməyəcək qədər təəccüblü görünsə də, aktyor heyətinə yeni adların əlavə edilməsi işlərin getdikcə sürətləndiyinə və çəkilişlərin çox güman ki, yayda Kaliforniyada başlayacağına işarə hesab olunur.
Netflix mövzu ilə bağlı şərh verməyib.
Olduqca məxfi olan layihə ilk dəfə Tarantino karyerasının 10-cu və son filmi olması planlaşdırılan “The Movie Critic” filminindən vaz keçdikdən sonra gündəmə gəldi. Ssenarisi tamamlanan və baş rolu Bred Pittin canlandıracağı filmin 1970-ci illərdə porno jurnal üçün məqalələr yazan bir kino tənqidçisi haqqında olması planlaşdırılırdı. Şayiələrə görə, Pitt “Once Upon a Time in Hollywood” filmindəki Kliff Butun bir versiyasını oynayacaqdı.
Tarantino daha çox rejissor kimliyi ilə tanınsa da, onun Tony Skottun “True Romance” və Robert Rodrigezin “Günbatımından sübhə qədər” (“From Dusk Till Dawn”) kimi qələmə aldığı və amma rejissorluğunu etmədiyi bir çox layihələri də var.
Finçerə gəlincə, bu layihə rejissorun “Netflix” üçün üçüncü filmi olacaq. Finçer daha əvvəl Hollivud dövrünün “Mank” filmini və “The Killer” qara komediyasını platforma üçün lentə almışdı.