Vaxt.Az

Dildə, fikirdə, işdə birlik


 

Alqışa layiq təşəbbüslər

Dildə, fikirdə, işdə birlik Ankaradakı Böyükelçiliyimizin (səfirlik) Mədəniyyət Mərkəzinin və Qazi Üniversitetinin birgə təşəbbüsü ilə mayın 30-da Qazi Üniversitetində “Azərbaycan Türkcəsi Ocağı” açılıb.

Bu kurs qardaş Türkiyədə Azərbaycan Türkcəsinə ilgi duyan, maraq göstərən hər kəsin üzünə açıq olacaq.

***

Başqa bir önəmli xəbər isə Azərbaycan hərbçilərinin Qazaxıstan Respublikasının Milli Müdafiə Universitetində rus dilində təhsil almaqdan imtina edərək, Qazax Türkcəsində təhsil almağa üstünlük vermələri ilə bağlıdır.

Bu barədə Qazaxıstan Respublikasının Milli Müdafiə Universitetinin rəhbəri, general-mayor Əsgər Mustabekov mediaya açıqlamasında deyib.

Ə.Mustabekov bildirib ki, Azərbaycan hərbçiləri öncə sözügedən universitetdə 9 ay Qazax Türkcəsini öyrənəcək, daha sonra isə peşəkar hərbi təhsilə başlayacaqlar.

***

Hər iki təşəbbüs alqışa layiqdir.

Türkiyədə Azərbaycan Türkcəsi kursunun açılması, Azərbaycan hərbçilərinin isə Astanada Qazax türkcəsində təhsil almaq istəyilə çıxış etmələri dildə, fikirdə, işdə birlik yaratmaq baxımından olduqca önəmlidir.

Bu kimi addımlar Türk dünyasını bir-birinə daha da yaxınlaşdırır.

 





02.06.2025    çap et  çap et