Ağ Evin mətbuat katibi Karolin Livitt, “ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin, ehtimal ki, bu həftə görüşəcək”, – deyib.
Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ və Çin arasında ticarət müharibələri şiddətləndi, hər iki ölkə milyardlarla dollarlıq məhsula gömrük rüsumları tətbiq etdi.
Ötən ay Cenevrədə keçirilən danışıqlarda tərəflər qismən razılığa gəlsələr də, bir çox struktur problemləri və icra detalları hələ də həllini gözləyir.
Ona görə də Tramp və Si Cinpin arasında gözlənilən birbaşa görüş həm qlobal ticarət balansları, həm də iki ölkə arasında iqtisadi əlaqələrin gələcəyi baxımından kritik əhəmiyyət kəsb edir.
çap et