Vaxt.Az

Mask könüllülər axtarır


 

... Yaxud Marsa birtərəfli bilet

Mask könüllülər axtarır Marsda qurulan ilk şəhər olaraq təqdim edilən Terminus, Elon Maskın çox planetli həyat hədəfinin mühüm bir hissəsinə çevrildi. “SpaceX”in uzun müddətdir üzərində çalışdığı bu layihə sadəcə elmi fantastika deyil, hazırda texniki planlarla dəstəklənən bir yol xəritəsi kimi təqdim edilir. Mask 2026-cı ildə robotlarla başlayacaq bu səyahətin 2030-cu ilə doğru insan məskunlaşması ilə davam edəcəyini düşünür.

Bununla belə, Terminusun hədəfləri nə qədər maraqlı səslənsə də, Mars şəraitindəki çətinliklər və prosesin dəyəri bu layihəni kifayət qədər mübahisəli edir. Lazımi infrastrukturun yaradılması, həyat təminatı sistemlərinin təmin edilməsi və logistik dəstək layihənin uğur şansına birbaşa təsir edəcək amillərdəndir.

İlk “Starship” missiyalarının 2026-cı ildə pilotsuz uçuşlara başlaması planlaşdırılır. Bu missiyalarda 150 tona qədər material, tikinti avadanlığı və robotlar daşınacaq. İnsanlı missiyalar 2029-2031-ci illər arasında planlaşdırılır. Marsa eniş zamanı yaşana biləcək texniki çətinliklər missiyaların gələcəyi üçün kritik əhəmiyyət kəsb edir. Bundan əlavə, müntəzəm tədarük üçün 26 aylıq Yer-Mars sürətlənməsindən istifadə ediləcək.

Beləliklə İlon Mask Marsa gedib bir daha geri dönməmək şərti ilə könüllülər axtarmağa başlayır. Yəni Marsa bilet bir tərəflidir.

 





03.06.2025    çap et  çap et