Modern.az xəbər verir ki, bu məqsədlə,
mayın 14-də Bakı şəhərinin ümumtəhsil müəssisələrinin direktorları ilə görüş
keçirilib. Görüş zamanı məktəb direktorları Sınaq Qiymətləndirilməsinin əsas
məqsəd və mahiyyəti barədə məlumatlandırılıb və sualları cavablandırılıb.
Bununla yanaşı paytaxtın 12 rayonu üzrə ümumtəhsil müəssisələrində dərs deyən
müəllimlərlə də yerlərdə görüşlərin keçirilməsinə və onların da Sınaq
Qiymətləndirilməsi barədə məlumatlandırılmasına başlanacaq.
Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.