Vilders qərarını bu gün parlamentdəki koalisiya tərəfdaşları ilə qısa görüşdən sonra “X” platformasında açıqlayıb. Hadisə Hollandiyanın Haaqada NATO sammitinə ev sahibliyi etməsindən üç həftə əvvəl baş verib.
Vilders jurnalistlərə bildirib ki, o, koalisiyaya ən sərt sığınacaq siyasətinin həyata keçirilməsi şərti ilə qoşulub. “Mən Hollandiyanın dağılması üçün deyil, ən sərt sığınacaq siyasətlərinə imza atdım”, – deyib. O, açıqlamalarından sonra partiyasının koalisiyadan çıxdığını və kabinet nazirlərini geri çağırdığını açıqlayıb.
Koalisiya tərəfdaşlarından olan sağçı Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) lideri Dilan Yaşılgöz, baş nazir Şufun Vilderslə görüşdən əvvəl liderləri məsuliyyətli davranmağa çağırdığını söylədi.
"Baş nazir bu səhər bizə beynəlxalq miqyasda böyük problemlərlə üzləşdiyimizi, qitəmizdə müharibənin olduğunu və iqtisadi böhranın qaçılmaz ola biləcəyini söylədi”, – Yaşılgöz deyib. Lakin görüş cəmi bir neçə dəqiqə çəkib və daha sonra Vilders hökumətdən çəkilib. Yeşilgöz bu qərarı "şokedici" və "son dərəcə məsuliyyətsiz" adlandırıb.
***
İllərdir müxalifətdə olan Vilderin partiyası immiqrasiyanın azaldılması vədləri ilə son seçkilərdə qalib gəlib. Bununla belə, koalisiyanın bu vədlərini yerinə yetirməkdə ləng olduğuna inanan Vilders keçən həftə tərəfdaşlarından immiqrasiyanı köklü şəkildə azaltmağa yönəlmiş 10 bəndlik plana imza atmağı xahiş edib.
Plana quru sərhədlərinin hərbi mühafizəsi və bütün qaçqınların geri qaytarılması daxildir. O, həmin gün tələbləri yerinə yetirilməsə, koalisiyadan çıxacağını bildirmişdi və bu gün bu hədəsini yerinə yetirdi.
Koalisiyanın digər tərəfdaşı, fermer tərəfdarı populist Fermer Vətəndaşlar Hərəkatının (BBB) lideri Karolin van der Plas Vildersin qərarına sərt reaksiya verdi. “O, Hollandiyanı birinci yerə qoymur, Qirt Vildersi düşünür”, – dedi BBB lideri “NOS” telekanalına deyib.