SBU Telegram-da paylaşıb ki, "Ukrayna Təhlükəsizlik Xidməti yeni və unikal xüsusi əməliyyat həyata keçirərək üçüncü dəfə Krım körpüsünü vurub – bu dəfə su altından! Əməliyyatın hazırlanması bir neçə çəkib”.
Partlayıcıların 1100 kiloqram trotil ekvivalentində təsirə malik olduğu və dəstək strukturlarının ciddi şəkildə zədələndiyi bildirilib.
Hücum keçən bazar günü Rusiyanın nüvə silahına malik strateji bombardmançılarını hədəf alan hərtərəfli PUA əməliyyatından dərhal sonra həyata keçirilib.
***
Ukrayna Təhlükəsizlik Xidməti üçüncü dəfə Krım körpüsünü hədəf aldıqlarını açıqlayıb və partlayış anının təhlükəsizlik kamerası görüntülərini təqdim edib.
Rusiyadan verilən açıqlamada körpüdə hərəkətin müvəqqəti olaraq dayandırıldığı bildirilib.
Uzunluğu 19 km olan Krım körpüsü Rusiya materikini Krım yarımadası ilə birləşdirən yeganə yol olduğundan kritik əhəmiyyətə malikdir. Körpünün avtomobil yolu və dəmir yolu var.