“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” bu gün bildirib ki, dövlət subsidiyasının başa çatdığı 2027-ci ilin ortalarında Klintonun obyektini almaq üçün 20 illik müqavilə imzalayıb.
ABŞ-ın ən böyük nüvə operatoru olan “Constellation” şərh verməkdən imtina edib.
Müqavilə texnologiya şirkətlərinin məlumat mərkəzlərini və süni intellekti gücləndirmək üçün enerjiyə olan iştahasının ən son sübutudur.
Müqaviləyə əsasən, “Constellation” Klintonun müəssisəsində hasilatın artırılmasına sərmayə qoyacaq. Şirkət həmçinin Klintonda ikinci blok üçün federal icazəsi olan başqa reaktor tikmək planlarını da nəzərdən keçirir.
***
“Constellation”ın baş icraçı direktoru Co Dominkez müsahibəsində, "Klinton bizim üçün “Meta” və başqaları ilə potensial olaraq gələcək nəsil aktivlərinin yaradılması haqqında danışmaq üçün çox məntiqli yerdir”, – deyib. O əlavə edib ki, danışıqlar uğurla gedir.
Dominkez həmçinin, böyük bir texnologiya şirkətinin şirkətin yeni reaktorla irəliləməsinə imkan verəcək dəstəyi təmin edə biləcəyini və bu addımı sənaye üçün əhəmiyyətli adlandırıb.
Klinton zavodunun gücü təxminən 1100 meqavatdır ki, bu da təxminən 1 milyon ev üçün kifayətdir.
Şirkətin qlobal enerji prezidenti Urvi Parexin sözlərinə görə, müqavilə “Meta”nın bu günə qədər etdiyi ən böyük enerji müqaviləsidir.
“Constellation” səhmləri Nyu-Yorkda premarket ticarətində 16 faiz artıb, “Meta” səhmləri isə isə az dəyişib.