«Azadlıq uğrunda mübarizə aparanların çoxu heç Serj Sərkisyandan fərqlənmir. Onlar Avropa paytaxtlarında beşulduz otellərdə treninqlər keçirirlər, sərhəddə isə insanlar müdafiəsizdir. Mən hesab edirəm ki, bədbəxt insanların sayəsində yüksək qonorarlar alıb bahalı otelləri dolaşanlar ölənlərin ruhunu təhqir edir. Bunu dinc şəraitdə müharibənin davamı kimi görürəm.
Deyirlər ki, sülhyaratma təhlükı altındadır. Onu nə təhdid edir? Bəyən İrəvan küçələrində Azərbaycan dilində kitabları satanı həbs edəndə o, təhdid altında deyildi? Axı o neyləmişdi? Çörək pulu qazanırdı, təbliğ etmirdi ki... Satırdı. Bəyəm bu, dialoqa mane olmur?» - deyə G.Vanyan sual edib.
Georgi Vanyan daha sonra Ermənistan televiziyalarında aparılan nifrət təbliğatı haqda danışıb. Deyib ki, 4 yaşlı erməni uşağını televiziyalara çıxarıb ondan böyüyəndə neçə türk öldürəcəyini soruşurlar: »Budur, reportaja baxıram. Uşaqdan soruşurlar ki, neçə yaşın var, cavab verir 4. Soruşurlar ki, böyüyəndə nə olacaqsan. Deyir sərhədçi. Nəyə görə? Uşaq çaşıb deyir ki, türkləri qorumaq üçün. Aparıcı dərhal müdaxilə edir: «Kimi, kimi? Yox, yox, erməniləri qorumaq, türkləri öldürmək üçün». Ardınca soruşur: «Balaca, böyüyəndə neçə türk öldürəcəksən?» Uşaq deyir 6. «Yox, sən daha çox türk öldürməlisən, 6 azdır». Uşaq da deyir hə, öldürəcəm...
Bəs bu, dialoqa mane olmur? Siz bu 4 yaşlı uşağın gələcəyini düşünün. Dəyərlər sistemi olmayacaq. Onun dəyərlər sistemi türkləri öldürməklə məhdudlaşır, onun üçün dəyər ancaq öldürməkdir. Əgər biz hüquqi dövlətdə yaşasaydıq, o jurnalisti çoxdan həbs etmişdilər. Çünki açıq-aşkar terrorçuluqla məşğul olur, o, uşağın qəlbini terror edir, efir vasitəsilə terror yayır».
Qeyd edək ki, G.Vanyan bundan əvvəl sülh tərəfdarı kimi çıxış etdiyi üçün Ermənistanda dəfələrlə təqiblərə məruz qalıb. İki il əvvəl hüquq müdafiəçisinin başçılıq etdiyi təşkilatın təşəbbüsü ilə Ermənistanda Azərbaycan filmlərinin nümayişini təşkil etməyə cəhd ediləndə böyük qalmaqal qopmuşdu. G.Vanyanı film festivalının keçiriləcəyi Gümrü şəhərindən qovmuşdular. Hakim Respublika Partiyasından deputatlar, hətta erməni din xadimləri onu öldürməklə hədələmişdilər. Hakim partiyanın deputatları, Gümrü meri və digərləri Vanyanın «dərisini soymaqla», «dilini kəsməklə» və s. hədələmiş, ondan Ermənistandan rədd olub getməyi tələb etmişdilər. (Virtualaz.org)