Vaxt.Az

“Təhdidi aradan qaldıracaq”


 

Trampın polad və alüminium məhsullarına rüsum qərarı qüvvəyə minib

“Təhdidi aradan qaldıracaq” ABŞ prezidenti Donald Tramp Trampın polad və alüminium məhsullarına rüsumları 25 faizdən 50 faizə qaldırmaq qərarı qüvvəyə minir. Tramp polad və alüminiuma rüsumları 2 dəfə qaldıraraq ABŞ istehsalçılarını dəstəkləmək üçün idxal rüsumlarının artırılması vədini yerinə yetirib.

Tramp bu gün Vaşinqton vaxtı ilə saat 00:01-də qüvvəyə minən bu addımı milli təhlükəsizliyi qorumaq üçün zəruri addım kimi qiymətləndirib.

Dünən imzalanan sərəncamda, əvvəlki tarif dərəcələrinin yerli sənayelər üçün sektorların sağlam dayanıqlığı və milli müdafiə ehtiyacları üçün lazımi istehsal potensialını inkişaf etdirmək və saxlamaq üçün kifayət etmədiyi bildirilib.

Ağ Evin “X” platformasında dərc etdiyi direktivdə, "Əvvəllər tətbiq edilən tariflərin artırılması bu sektorlara əlavə dəstək verəcək və polad, alüminium və əlaqəli məhsulların idxalının yaratdığı milli təhlükəsizlik təhdidini azaldacaq və ya aradan qaldıracaq”, – deyilir.

 





04.06.2025    çap et  çap et