Bu məbləğ indiki qiymətlərlə təxminən 8,5 milyard dollara bərabərdir. Satınalmaların əksəriyyəti açıq olmasa da, xarici ticarət məlumatları göstərir ki, Çin, xüsusən də naməlum alıcılarla İsveçrə vasitəsilə qızıl alır.
Dünya Qızıl Şurasının məlumatına görə, mərkəzi banklar və suveren fondlar birlikdə ildə 1000 ton qızıl alır ki, bu da illik qızıl hasilatının ən azı dörddə birini təşkil edir. HSBC-nin yanvar ayında 72 mərkəzi bank arasında keçirdiyi sorğu göstərib ki, bankların üçdə birindən çoxu 2025-ci ildə daha çox qızıl almağı gözləyir və satmağı planlaşdırmır.
İl sonu bir unsiya üçün 3,700 dollar proqnozunu saxlayan “Goldman”, bu təxminin səbəbi kimi davamlı alışlara inamı da göstərir. Aprel ayında 3500 dollara çatan qızılın unsiyası bu gün səhər saatlarında gündəlik 0,2 faiz bahalaşaraq 3360 dollara qalxdı, qiymətli metal isə bu il spot bazarda 25 faizdən çox dəyər qazandı.