Vaxt.Az

Qlobal bazarlar ABŞ məlumatları ilə nəfəs aldı


 

Tramp bir ölkəni polad tariflərindən azad etdi

Qlobal bazarlar ABŞ məlumatları ilə nəfəs aldı Birjalar ABŞ JOLTS açıq mövqelərində gözlənilməz artımla yüksəlib. “S&P 500” indeksi çərşənbə axşamı 0,6 faiz artımla bağlanarkən, təxminən yüzdə 3 dəyər qazanan “Nvidia”nın rəhbərlik etdiyi texnologiya şirkətləri yüksəlişə liderlik edib. Bu gün səhər ABŞ fond fyuçersləri sabit idi. ABŞ məlumatlarının tarif narahatlıqlarının azaldılması Asiyaya da müsbət təsir etdi. “MSCI Asia Pacific Index” 0,8 faiz artıb. Altı aylıq siyasi qeyri-müəyyənliyin prezident seçkiləri ilə sona çatdığı Cənubi Koreyada “Kospi” indeksi 2,5 faiz artaraq Asiyaya liderlik edir. ABŞ əmək bazarının güclü qaldığını göstərən məlumatlardan sonra “Bloomberg Dollar İndeksi” dünən 0,4 faiz artıb. İndeks bu səhər 1,213 bənddə yuxarı ticarət edir.

ABŞ-ın 10 illik istiqrazlarının faizi bir baz bəndi azalaraq 4,44 faizə düşüb. Srağagün və dünən müvafiq olaraq 3 faiz və 1,6 faiz artımla başa vuran “Brent” markalı neftin bir barelinin qiyməti səhər saatlarında 0,4 faiz ucuzlaşaraq 65,4 dollar olub.

***

ABŞ prezidenti Donald Tramp yerli istehsalçılara kömək etmək və milli təhlükəsizliyi qorumaq məqsədilə iyunun 4-dən etibarən polad və alüminium tariflərini 25 faizdən 50 faizə qaldıran sərəncam imzalayıb. Qərarda, əvvəlki vergi dərəcəsinin “yerli sənayenin davamlılıq və milli müdafiə ehtiyacları üçün lazım olan gücdən istifadə nisbətlərini saxlamasına imkan vermədiyi”, – deyilir. Ağ Evin bəyanatında, tarif artımı sayəsində polad və alüminium idxalının yaratdığı milli təhlükəsizlik təhdidinin azalacağı və ya aradan qaldırılacağı iddia edildi. Qərar həmçinin Böyük Britaniyanı tarif artımından azad edib və bu, iki ölkəyə iyulun 9-na qədər polad ticarətinə maneələri azaltmaq üçün yeni saziş üzərində işləməyə imkan verir.

 





04.06.2025    çap et  çap et