Bu kabinet müsəlmanlara qarşı sistemli nifrət siyasəti həyata keçirib. “Koopkracht”, yəni alıcılıq qabiliyyəti tapdalanarkən, kabinet bütün ölkədə ayrı-seçkilik və irqçilik toxumları səpdi. Tarix bu hakimiyyəti rüsvayçılıq sənədi kimi qələmə alacaq.
Ancaq acı həqiqət budur ki, bu hakimiyyət təkcə ifrat sağçı liderlərin deyil, həm də susmuş milyonlar hollandın işidir. Qutuya getməyənlər, ümidini itirənlər, “heç nə dəyişməyəcək” deyənlər Hollandiya əhalsinin. Bəli, başa düşürük. Siyasət populist klounların şousuna çevrildiyi bir vaxtda siyasətə inamı saxlamaq asan deyil. Amma bu susqunluq öz bahasına başa gəldi. Haqsızlıq artdı, nifrət qanuniləşdi, insani həyata ümid əridi.
Vildersin irqçi nifrətini aylarca səssizcə seyr edən VVD, BBB və NSC oldu. Bu hökuməti dəstəkləyən Yaşılgöz və onun partiyası VVD xalq qarşısında hesab verməlidir. Bu ölkədə bir daha heç vaxt ifrat sağçı hökumət olmamalıdır. Türklə və müsəlmanlar bir daha heç vaxt hədəfə alınmamalıdır.
DENK Partiyası bu tarixi anın ciddiliyi ilə açıq çağırış edir: "Seçkilər dərhal keçirilməlidir. Vilders heç vaxt baş nazir olmamalıdır".
DENK lideri Stefan van Baarlenin sözləri sərt və aydındır: "Bu hökumət insan haqlarına, müsəlmanlara və Hollandiyaya hücum idi. Bu gündən etibarən əsl mübarizə başlayır. Biz ifrat sağçıları dayandırmalıyıq. Vilders bu ölkənin baş naziri ola bilməz. Biz irqçiliyə, ayrı-seçkiliyə və nifrətə qarşı dik duracağıq.
Bu, dönüş nöqtəsidir. Hollandiyada tarix hazırlanır. Hər kəs bunu bilməlidir – sükut nifrətin əlinə oynayır. Daha səssizlik yoxdur. Artıq geri çəkilmək yoxdur. Hollandiya hamımız üçün bir ölkədir və bu ölkə nifrətə deyil, ədalətə layiqdir”.