Vaxt.Az

“İyrənc rüsvayçılıq”


 

Mask Trampın dəstəklədiyi qanun layihəsinə reaksiya verdi

“İyrənc rüsvayçılıq” ABŞ-lı milyarder iş adamı Elon Musk X sosial media platformasındakı paylaşımlarında prezident Donald Trampın dəstəklədiyi Konqresin büdcə qanun layihəsini sərt sözlərlə tənqid edib. Mask qanun layihəsini “iyrənc biabırçılıq” adlandırıb.

Mask, “Üzr istəyirəm, amma daha dözə bilmirəm. Bu kütləvi, qalmaqallı, maraq kəsb edən Konqres xərcləri haqqında qanun layihəsi iyrənc biabırçılıqdır. Ona səs verənlərə ayıbdır: Səhv etdiyinizi bilirsiniz”, – deyib.

Mask ikinci yazısında büdcə kəsirinə diqqət çəkərək bunları yazıb: “Bu qanun layihəsi onsuz da böyük olan büdcə kəsirini 2,5 trilyon dollara çatdıracaq və Amerika xalqını dözülməz borc yükü altına salacaq”.

***

Ağ Evin sözçüsü Karolayn Livitt Maskın tənqidləri ilə bağlı açıqlama verib. Livitt, prezident Trampın artıq İlon Maskın fikirlərini bildiyini və onun fikrini dəyişmədiklərini bildirib.

Livitt, “Baxın, prezident artıq Elon Maskın bu qanun layihəsi haqqında nə düşündüyünü bilir. Bu, prezidentin fikrini dəyişmir. Bu, böyük, gözəl qanun layihəsidir və prezident onun arxasında dayanmağa davam edir”, – deyib.

Tramp administrasiyası qanun layihəsini dəstəkləməyə davam etsə də, İlon Mask kimi nüfuzlu fiqurların sərt tənqidləri ictimai resursların hara xərcləndiyi ilə bağlı müzakirələri qızışdırıb. Maskın bəyanatı Trampın ikinci dövrünün ən mübahisəli büdcə hərəkətlərindən birinə qarşı müqaviməti gücləndirmək kimi şərh edilir.

 





04.06.2025    çap et  çap et