Müvafiq olaraq, 2 iyun bazar ertəsi püskürmənin “müəyyənedici faktoru” vulkanın cənub-qərb kraterindən axan “piroklastik” (vulkanik) axın olub ki, bu da daha nadirdir. Bu fərqlilik uzaqdan görünmürdü.
***
Etna Avropanın ən aktiv və böyük vulkanıdır. Vulkandakı son püskürmə heç bir xəsarət və ya təxliyəyə səbəb olmayıb. Səlahiyyətlilər vulkanın ictimaiyyət üçün təhlükə yaratmadığını da vurğulayıblar.
Səlahiyyətlilərə görə, sürətlə hərəkət edən qaya parçaları, qaz və küldən ibarət piroklastik axın təxminən 2 kilometr ərazi ilə məhdudlaşıb və təbii mühafizə zonasını təşkil edən Aslan Vadisindən kənara çıxmayıb.
İyunun 2-də Etna dağındakı püskürmə martın ortalarından bəri vulkanda baş verən sayca 14-cü vulkanik aktivlik olub. Etna dağında belə geniş əraziyə yayılmış piroklastik axın sonuncu dəfə 2022-ci il fevralın 10-da müşahidə edilib. Bu axın əvvəllər 23 oktyabr 2021, 13 dekabr 2020 və 11 fevral 2014-cü ildə müşahidə edilib.
***
Etna dağı 19 günlük sakitlik dövründən sonra iyunun 2-də yerli vaxtla saat 10:00 radələrində baş verən püskürmə həm də bu ilin ən böyük və şiddətli püskürməsi kimi qeydə alınıb. Lava və kül kilometrlərlə səmaya yayıldı.
Etnada püskürmə yerli vaxtla saat 11:23 radələrində pik həddinə çatıb. Maqmanın qarla qarışması nəticəsində yaranan piroklastik axın 1 dəqiqədə 2 kilometr yol qət edərək Aslan Vadisinə çatıb.