ABŞ-ın Cənubi Dakota ştatının məhkəməsi prezident Barak Obamaya sui-qəsd hazırlayan və adam öldürməkdə ittiham olunan 44 yaşlı Ceyms Makvey barəsində ölüm hökmü çıxarıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, 2011-ci ildə 75 yaşlı Meybell Şeyni qətlə yetirib. Makvey etiraf edib ki, Şeynin ölümü ABŞ liderinə qarşı sui-qəsd planının tərkib hissəsi olub. Onun sözlərinə görə, Vaşinqtona gəlmək və Obamaya sui-qəsdi həyata keçirmək üçün Meybeliin maşının qaçırıb.
çap et