“Uran zənginləşdirmədən nüvə proqramının heç bir faydası yoxdur. İran uranın zənginləşdirilməsi səylərindən əl çəkməyəcək”, – Xamenei deyib.
ABŞ-ın təklifinin İslam İnqilabının ideallarına qarşı olduğunu bildirən Xameneyi, “Müstəqillik Amerika və bu kimi şeylərdən yaşıl işıq gözləməmək deməkdir”, – deyib.
İki gün əvvəl “Reuters” xəbər agentliyinə danışan iranlı diplomat Tehran administrasiyasının ABŞ-ın nüvə sazişi təklifini rədd edəcəyini və ABŞ-ın uranın zənginləşdirilməsinə yanaşmasını yumşaltmadığını və ya Tehranın maraqlarını cavab vermədiyini bildirib.
***
Mətbuatda yer alan iddialardan sonra ABŞ prezidenti Donald Tramp da sosial media hesabında İranın uranı zənginləşdirməsinə icazə verilməyəcəyini bildirib.
Tramp öz paylaşımında İranın uranın zənginləşdirilməsi proqramının əvvəlki administrasiya tərəfindən daha əvvəl dayandırılmalı olduğunu bildirərək, “Mümkün razılaşmamız çərçivəsində uranın zənginləşdirilməsinə icazə verməyəcəyik”, – deyib.
***
ABŞ və İran aprel ayından bəri nüvə mübahisəsinin həlli üçün beş raund danışıqlar aparıb.
Danışıqlar əvvəlcə qarşılıqlı etimadın yaradılmasına, sonra isə İranın nüvə proqramı üzrə razılaşma üçün çərçivənin yaradılmasına yönəlmiş proseslər kimi qiymətləndirilir.
ABŞ İrandan atom bombası istehsalında istifadə edildiyinə inandığı yüksək zənginləşdirilmiş uranın istehsalını dayandırmasını istəyir. Həmişə nüvə proqramının dinc xarakter daşıdığını iddia edən İran sanksiyaların ləğvi müqabilində nüvə proqramını “ixtisar etməyə” hazır olduğunu bəyan edib və ABŞ-ın plandan geri çəkilməyəcəyinə dair təminat istəyir.
Həmçinin bildirilir ki, İran uranın zənginləşdirilməsi üzrə sentrifuqalarını sökməyə, uranın zənginləşdirilməsini tamamilə dayandırmağa və zənginləşdirilmiş uran ehtiyatını 2015-ci il müqaviləsində razılaşdırılmış səviyyədən aşağı azaltmağa razı olmayacaq.