“Newsweek”in məlumatına görə, Ukraynanın Moskvaya uzun mənzilli pilotsuz təyyarə hücumu ABŞ-da Çin yük gəmilərinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlığa səbəb olub.
Hərbi analitiklərinə oxşar texnologiyanın Çin tərəfindən ABŞ limanlarında istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib.
***
Ukraynanın hücumu Moskvanın mərkəzinə qədər çatan pilotsuz təyyarələr vasitəsilə həyata keçirilib və Rusiyanın hava hücumundan müdafiə sistemlərindən yan keçməklə böyük uğur qazanıb.
Hadisə “Rusiyanın Pearl Harboru” kimi təsvir edilib və ABŞ-dakı müdafiə ekspertlərini təşvişə salıb ki, oxşar hücum Amerika ərazisində də baş verə bilər.
Müdafiə analitikləri, Çin yük gəmilərinin ABŞ limanlarına hücum etmək üçün uzaqdan və ya taymer vasitəsilə işə salına bilən gizli pilotsuz təyyarələr və ya qanadlı raketlər daşıya biləcəyini düşünürlər.
Belə bir hücum ABŞ-ın kritik infrastrukturuna ciddi ziyan vura və milli təhlükəsizliyi təhdid edə bilər.
***
Bu hadisələr ABŞ-ın Çinlə ticarət əlaqələrini və liman təhlükəsizliyi siyasətlərini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. Ekspertlər vurğulayırlar ki, liman təhlükəsizliyi artırılmalı, yük gəmiləri daha ciddi yoxlanılmalıdır, müdafiə sistemləri gücləndirilməlidir.