Vaxt.Az

“Cinpinlə anlaşmaq çox çətindir”


 

Tramp indidən məsuliyyəti üstündən atır

“Cinpinlə anlaşmaq çox çətindir” ABŞ prezidenti Donald Tramp sosial şəbəkədəki paylaşımında Çin lideri Si Cinpinlə anlaşmağın çox çətin olduğunu deyib.

Tramp “Truth Social”da, “Mən həmişə Çin rəhbəri Sini bəyənmişəm və bəyənəcəyəm, lakin onunla anlaşmaq çox çətindir”, – yazıb.

Dünyanın iki ən böyük iqtisadiyyatı keçən ay gömrük atəşkəsi əldə etdikdən sonra gərginlik yenidən yüksəlir. Tramp administrasiyası son həftələrdə kritik reaktiv mühərrik hissələrinin Çinə göndərilməsini qadağan etdi və Çinin çip dizayn proqramına çıxışını məhdudlaşdırdı.

Tramp mayın 30-da Si ilə görüşəcəyinə ümid etdiyini bildirib. Ağ Evin İqtisadiyyat üzrə müşaviri Kevin Hassett görüşün bu həftə baş tuta biləcəyini deyib.

 





04.06.2025    çap et  çap et