Vaxt.Az

Təbiətin işğalçıdan qisası


 

Rusiya sayqanlar tərəfindən istila olunub, fermerlər Putindən kömək istəyirlər

Təbiətin işğalçıdan qisası Rusiyanın Saratov vilayətindəki fermerlər prezident Vladimir Putinə müraciət edərək, sayqaların “işğal”ı ilə mübarizədə ondan köməklik istəyiblər. Qazaxıstandan keçən antilop növü olan sayqanın zaman fermerlərin tarlalarını məhv etdiyi bildirilir.

“Telegram” kanallarında müraciət ünvanlayan bir çox fermer sayqa populyasiyasının son illərdə nəzarətdən çıxdığını və Rusiyada bu heyvanların sayının 1 milyona çatdığını bildirib.

***

Volqa çayı boyunca yerləşən Saratov Rusiyanın altıncı ən böyük taxıl istehsal edən bölgəsidir. Fermerlər bildiriblər ki, may ayının sonuna olan məlumata görə, Qazaxıstandan Rusiyaya təxminən 500 min sayqa keçib, minlərlə heyvanı çaylarda boğub və su təchizatını çirkləndirib.

Fermerlərin bəyanatında deyilir: “Biz sizin anlayışınıza və bölgəmizdə kənd təsərrüfatının sağ qalmasına təhlükə yaradan bu vəziyyətin həllində yardımınıza ümid edirik”. 1990-cı illərdə nəsli kəsilməkdə olan sayqaların öldürülməsi və ya ovlanması Rusiyada qadağandır.

Bölgənin aparıcı təsərrüfatlarının rəhbərlərinin Putinə ünvanladığı və “Reuters” agentliyinin əldə etdiyi məktubda qeyd olunub ki, sayqalar “kənd təsərrüfatı zərərvericiləri” kateqoriyasına aid edilmədiyi üçün bu heyvanların tərəfindən məhsullara vurulan itkilər və zərərlər sığortalanmır.

***

Saratov vilayətinin kənd təsərrüfatı naziri zərərin qiymətləndirilməsi komitələrinin yaradıldığını və fermerlərə dəstək mexanizminin hazırlandığını açıqlayıb.

Qazaxıstan Taxıl İttifaqından Yevgeni Karabanov “Reuters” agentliyinə bildirib ki, hazırda ölkədə 4-4,5 milyon sayqan var, bu say 1990-cı illərdə 25 000 idi. “Miqrasiya sahələri xeyli genişlənib... Heç kim onlardan pasport tələb etmir”, – Karabanov bildirib.

 





04.06.2025    çap et  çap et