Son-Forget RN (Marin Le Penin Milli Birlik partiyası) deputatı Manon Buquinin otağına daxil olub və bir neçə saat orada qalıb. İddialara görə, Bouquin otağındakı minibarı boşaldıb, meyvə şirəsi, su və spirtli içkilər içib, sonra isə millət vəkilinə məxsus iki paltar və pencəyi də özü ilə götürərək oradan çıxıb.
***
Hadisə “Libération” qəzetindəki xəbərlə üzə çıxıb. Manon Bouquin baş verənləri təsdiqləyib və rəsmi olaraq cinayət işi açdığını açıqlayıb. Şahidlər həmçinin bildiriblər ki, Son-Forget hadisədən bir gün sonra, mayın 26-da binanın mühafizəsi tərəfindən təqib edilib.
Eva Son-Forget siyasətdən getməzdən əvvəl 2017-2022-ci illər arasında LREM-in partiyasının deputatı olub. 2024-cü ildə cinsiyyətini dəyişdirən Son-Forget daha əvvəl kokainin təsiri altında olarkən Parisdə polisə müqavimət göstərməsi ilə gündəmə gəlmişdi.