“The Daily Mail”in məlumatına görə, aviasiya sənayesində çalışan bloq hesabında təcrübələrini paylaşan “Jet” ləqəbli stüardessa, qazlı içkilərin uçuşlar zamanı kabin heyətinə böyük narahatlıq yaratdığını söyləyib.
Jet qeyd edib ki, qazlı içkilər yüksək hündürlükdə bankadan töküldükdə normadan qat-qat çox köpüklənir.
“Bu o deməkdir ki, mən baloncukların sönməsini gözləməli və onları yavaş-yavaş tökməliyəm” deyən Jet, bunun xüsusilə sıx uçuşlarda xidmət sürətini əhəmiyyətli dərəcədə yavaşlatdığını vurğulayıb.
Jetə görə, 30.000 futda kabin təzyiqi də içkilər davranışını dəyişir. Qazlı içkilərdəki qabarcıqların yatması daha uzun çəkir, bu da uçuş bələdçilərinin hər xidmət zamanı əlavə vaxt keçirməsinə səbəb olur. Bu, nəinki xidmət prosesini çətinləşdirir, həm də uçuşun rahatlığına təsir edə bilər. Jet bildirir ki, kabinənin aşağı rütubəti səbəbindən orqanizm artıq susuz qalıb və qazlı içkilər bu vəziyyəti daha da pisləşdirir. Bundan əlavə, təyyarələrdəki aşağı təzyiqli mühit qazlı içkilərin mədənin şişməsinə səbəb ola bilər.