ZGT-nin məlumatına görə, marixuana konfetini qəbul edən iki uşaq xəstəxanaya yerləşdirilib. Komaya düşən uşaq daha sonra xüsusi uşaq xəstəxanasına köçürülüb. Hər iki uşağın yeniyetmə və ya məktəbəqədər yaşda olduğu bildirildi. Xəstəxana sözçüsü “RTL Nieuws”a “Hər ikisi sağlamdır və özlərini yaxşı hiss edirlər”, – deyib.
“Haribo” uşaqların sağaldıqları üçün “rahat olduqlarını” deyib. Şirkət həmçinin davam edən istintaqda səlahiyyətlilərə tam dəstək verdiyini açıqlayıb.
***
Son bir həftə ərzində xeyli insan “Haribo” konfetini yedikdən sonra özlərini pis hiss edib. Hadisə Tvente bölgəsində bir neçə uşaq və bir qadının xəstələnməsindən və ailənin polisə müraciətindən sonra üzə çıxıb. Polis sürətli sınaqlar keçirdi və konfetin tərkibində marixuana olduğunu aşkar edib və bu barədə Hollandiya Qida və İstehlak Mallarının Təhlükəsizliyi Təşkilatına (NVWA) məlumat verdi.
Sözügedən məhsul kilo paketlərində satılan “Haribo Happy Cola F!ZZ” partiyasındandır, yararlılıq müddəti 2026-cı ilin yanvarındadır. Geri çağırış yalnız istehsal kodu L341-4002307906 olan bağlamalara aiddir.
Şirniyyat istehsalçısı “Haribo”, bazara çıxarılan bəzi paketlərin istehlak edildiyi təqdirdə “başgicəllənmə kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyini” açıqlamış və bu səbəbdən sözügedən məhsulları satışdan geri çağırmışdı.
Eyni konfet partiyası Hollandiyadan sonra Belçika və Lüksemburqda da geri çağırılıb.
NVWA-nın bəyanatında deyilir: “Hələlik narkotikin bu konfetlərə necə daxil olduğu məlum deyil. Polis tərəfindən ətraflı araşdırma aparılır”.