Vaxt.Az
“Əvvəlcə strategiya qəbul olunacaqdır”
Nazim İbrahimov: Nazim İbrahimov: “Diaspor təşkilatlarının əməkdaşlığı türk dünyasının gücünə güc qatacaqdır”
Türkdilli xalqların diaspor təşkilatlarının əməkdaşlığı türk dünyasının gücünə güc qatacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iyunun 21-də jurnalistlərə müsahibəsində demişdir.Komitə sədri bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin arzusu olan ideya artıq gerçəkləşməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və nəzarəti ilə türk dünyasında ardıcıl addımların atılmasına başlanılmışdır. Dünyanın bir sıra ölkələrindən bu Foruma 450-dən çox qonaq gəlmişdir. Tədbirdə, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan diaspor təşkilatlarının rəhbərləri də iştirak edirlər.
Komitə sədri demişdir: “2007-ci ildə Türkiyə və Azərbaycan diaspor təşkilatlarının Bakı Forumu keçirilmiş, daha sonra Bakıda türk qurultayı təşkil edilmişdir. Lakin böyük coğrafiyada Qazaxıstan və Qırğızıstanın iştirakı ilə ilk dəfə belə bir Forum keçirilir. Hesab edirəm ki, bu, türk dünyasının birliyi istiqamətində atılan mühüm addımlardan biridir. Bizim dövlətlər üçün bu məsələ əhəmiyyətlidir. Çünki yeni müstəqillik qazanmış ölkələr olaraq dünyada tanınmağımıza böyük ehtiyac vardır”.
N.İbrahimov diqqətə çatdırmışdır ki, tədbirdə prioritet olaraq əvvəlcə strategiya qəbul olunacaqdır. Bu strategiyada ana xətt olaraq diaspor təşkilatlarının daha da inkişafını, birliyini və dünyanın müxtəlif ölkələrində yaşayan diasporların fəaliyyətini təmin etməkdir.
21.06.2013 çap et