Onun sözlərinə görə, «ASAN xidmət»in hər mərkəzinə orta hesabla gün ərzində 1500-2000-ə yaxın müraciət daxil olur.
A.Hüseynov bildirib ki, mayın 7-də rəsmi açılışı olan Sabunçu rayonu 4 saylı Bakı «ASAN xidmət» mərkəzi bu gündən fəaliyyətə başlayıb.
Sektor müdiri qeyd edib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi, 8A ünvanında yerləşən 4 saylı Bakı «ASAN xidmət» mərkəzindən Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaş yararlana biləcək: «Bununla da Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılır və paytaxt sakinləri onlara yaxın olan hər hansı «ASAN xidmət» mərkəzinə müraciət edib xidmətlərdən yararlana biləcəklər».
O bildirib ki, 4 saylı «ASAN xidmət» mərkəzin inzibati binası 5 mərtəbədən ibarətdir. Mərkəzin işçilərinin ümumi sayı 209 nəfərdir. Onlardan 60 nəfəri könüllüdür.
Xatırladaq ki, hazırda Bakıda 4, Sumqayıt və Gəncə şəhərlərində isə 1 «ASAN xidmət» mərkəzi fəaliyyət göstərir.