Vaxt.Az

Avro işlədən 21-ci ölkə


 

AB Bolqarıstanın Avrozonaya daxil olmasına yaşıl işıq yandırır

Avro işlədən 21-ci ölkə Bolqarıstan 2026-cı il yanvarın 1-dən öz valyutası kimi avrodan istifadə edəcək. Avropa Mərkəzi Bankı (AMB) Bolqarıstan Mərkəzi Bankının qanunvericiliyindən tutmuş inflyasiya səviyyəsinə qədər ölkənin bir çox göstəricilərini qiymətləndirdikdən sonra 1 yanvar 2026-cı il tarixindən etibarən avro valyutasını qəbul etmək üçün bütün kriteriyaları yerinə yetirdiyini açıqlayıb.

“Bu müsbət yaxınlaşma qiymətləndirməsi Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avroya keçməsinə və Avrozonaya qoşulan iyirmi birinci Aİ üzvü olmasına yol açır”, – AMB baş iqtisadçısı Filip Leyn deyib.

 





04.06.2025    çap et  çap et