Vaxt.Az

20 ildə 200 milyard


 

Bill Qeyts Afrikaya böyük bir ianə vəd edir

20 ildə 200 milyard Amerikalı milyarder Bill Qeyts yaxın 20 ildə sərvətinin böyük hissəsini Afrikada səhiyyə və təhsil sistemlərinin gücləndirilməsinə sərf edəcəyini açıqlayıb.

“Microsoft” şirkətinin qurucusu bi təklifi Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının baş qərargahında keçirilən tədbirdəki çıxışında deyib.

Buradakı açıqlamasında Qeyts sərvətinin əhəmiyyətli bir hissəsini “Afrika ölkələrini tərəqqi yoluna qoymaq” üçün xərcləyəcəyini açıqladı.

“Mən bu yaxınlarda qərar verdim: Mənim sərvətim növbəti 20 il ərzində bölüşdürüləcək. Bu vəsaitin böyük bir hissəsi Afrikanın üzləşdiyi problemlərin həlli yollarının tapılmasına ayrılacaq”, – deyən Qeyts sərvətinin “çox yüksək səviyyəyə çatdığını” qeyd edib.

***

Keçən ay Qeyts Fondu 2045-ci ilə qədər 200 milyard dollardan çox sərmayə qoyacağını elan etdi. Bu investisiya üçün prioritet sahələr bunlardır:

Peyvəndlərə çıxış imkanlarının genişləndirilməsi

Ana və uşaq sağlamlığının yaxşılaşdırılması

Xüsusilə qızlar üçün təhsilin gücləndirilməsi

Rəqəmsal sağlamlıq infrastrukturunun yaradılması

Bill Qeytsin bu addımı Afrikaya beynəlxalq yardımın bütün dünyada azaldığı bir vaxta təsadüf edir.

ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən USAID-in xarici yardım müqavilələrinin 90 faizdən çoxunun ləğvi bir çox sağlamlıq və inkişaf layihələrinin dayandırılmasına səbəb olub.

Qeyts Fondu Dünya Səhiyyə Təşkilatına (DST) töhfə verən ən böyük özəl qurumlardan biridir.

Fond vaksinin hazırlanması və yayılmasında, eləcə də malyariya, HİV və poliomielit kimi xəstəliklərlə mübarizə layihələrində fəal rol oynayır.

***

Qeyts Fondunun bəzi təşəbbüsləri mübahisəlidir. Vətəndaş cəmiyyəti təşkilatları xüsusilə bildirirlər ki, fond genetik cəhətdən dəyişdirilmiş toxumları və sənaye kənd təsərrüfatı modellərini təbliğ edir.

Bu siyasətlərin kiçik fermerləri kənarlaşdırmaqla böyük kənd təsərrüfatı şirkətlərinin xeyrinə işlədiyi iddia edilir.

Fondun qlobal səhiyyə sektoruna təsiri də zərbə altındadır. Onun DST-ə təsiri insan hüquqlarının pozulmasına görə kifayət qədər nəzarət və cavabdehlik yoxdur səbəbi ilə sorğulanır.

***

Bill Qeyts öz çıxışında vurğuladı ki, Afrika öz süni intellekt imkanlarını inkişaf etdirməlidir.

Fondun Afrikadakı gənc süni intellekt mütəxəssislərini dəstəkləməyi hədəflədiyini bildirən Qeyts texnologiyanın zəngin ölkələrə deyil, hər kəsə fayda verməsi lazım olduğunu bildirib.

Qeyts, “Afrika xalis qida ixracatçısı olmalıdır. Buna nail olmaq üçün fermerləri daha yaxşı toxum, alətlər və məlumatlar ilə təmin etməliyik”, – deyib.

 





04.06.2025    çap et  çap et