Vaxt.Az

İran ABŞ-ın təkliflərini qeyri-real saydı


 

Tehran sanksiyaların ləğvi müqabilində zəmanətlər verməyə hazırdır

İran ABŞ-ın təkliflərini qeyri-real saydı İranın xarici işlər naziri Abbas Araqçı ölkəsinin nüvə proqramı ilə bağlı maraqlarını nəzərə almayan və uranın zənginləşdirilməsini dayandırmaq kimi qeyri-real təklifləri əhatə edən istənilən razılaşmanı rədd edəcəyini bildirib.

Araqçı Misirli həmkarı Bədr Əbdüləti ilə Qahirədə keçirdiyi mətbuat konfransında yeganə həll yolunun diplomatiya olduğunu və onun ölkəsinin sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramının sülhpərvər xarakterinə dair zəmanət verməyə hazır olduğunu bildirib.

Qahirə danışıqları dəstəklədiyini bir daha təsdiqləyib və istənilən gərginliyi rədd edib. Abdulati Araqçı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi arasında gözlənilməz görüş keçirib və o, Tehranı nüvə fəaliyyətləri ilə bağlı daha çox şəffaflıq nümayiş etdirməyə çağırıb.

“Reuters” xəbər verir ki, yüksək səviyyəli iranlı diplomat bildirib ki, Tehran Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin təqdim etdiyi ABŞ-ın təklifini “məqbul deyil, Vaşinqtonun zənginləşdirmə ilə bağlı mövqeyini dəyişməyib və sanksiyaların ləğvini nəzərdə tutmayıb” səbəbilə rədd etməyi planlaşdırır.

 





04.06.2025    çap et  çap et